Müəllif: Gülnar Əhmədli, Banco.az
"World of Statistics" bazar dəyərinə görə ən böyük elektromobil istehsalçılarının siyahısını hazırlayıb.
Banco.az xəbər verir ki, hazırda dəyəri ən yüksək olan şirkət Tesladır. Bu günə olan məlumata görə, ABŞ şirkətinin bazar dəyəri 782 milyard dollardır. Dəyəri ən az olan şirkət isə "Olectra Greentech"dir (1,2 milyard dollar). Şirkət Hindistana məxsusdur. Aşağıdakı siyahıda bazar dəyəri ən yüksək olan 15 elektromobil şirkətinin adları qeyd edilib:
- Tesla: 782 milyard dollar
- Li Auto: 34 milyard dollar
- VinFast Auto: 21 milyard dollar
- Rivian: 20 milyard dollar
- XPeng: 15 milyard dollar
- NIO: 15 milyard dollar
- Lucid Motors: 12,3 dollar
- Polestar: 5,8 milyard dollar
- Yadea Group: 5,4 milyard dollar
- Leapmotor: 4,8 milyard dollar
- Fisker: 2,3 milyard dollar
- NWTN: 2,2 milyard dollar
- LiveWire: 1,4 milyard dollar
- Nikola: 1,4 milyard dollar
- Olectra Greentech: 1,2 milyard dollar
Bizi sosial şəbəkələrdən izləyin!!