Çin avtomobillərinin Avropada satışları iki dəfədən çox artıb | Banco.az

Çin avtomobillərinin Avropada satışları iki dəfədən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin avtomobillərinin Avropada satışları iki dəfədən çox artıb.

Banco.az xəbər verir ki, çinli avtomobil istehsalçıları ötən ay Avropada sürətli irəliləyişlərini davam etdiriblər. Ölkədən hibrid avtomobillərin idxalına məhdudiyyət tətbiq edilməzdən əvvəl qeydiyyat sayı iki dəfədən çox artıb.

Bazar araşdırmaları şirkəti “Dataforce”un məlumatına görə, Çin markalı avtomobillərin qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 103 faiz artaraq 151 min 112-yə çatıb və regiondakı satışların 13,6 faizini təşkil edib. Bu göstərici sentyabrda qeydə alınan rekord 14,5 faizdən aşağı olsa da, aylıq müqayisədə ikinci ən yüksək səviyyə olub. Artım ümumi avtomobil bazarının demək olar ki, dəyişmədiyi bir dövrdə baş verib.

Oktyabr ayında artım tempinin zəifləməsi əsasən mövsümi amillərlə əlaqəli görünür. Sentyabr ayı adətən rübün sonuna təsadüf edən satış kampaniyaları və Böyük Britaniyada ildə iki dəfə keçirilən avtomobil nömrələrinin dəyişdirilməsi dövrü sayəsində satışlarda canlanma ilə müşayiət olunur. Çin markalarının Avropadakı bazar payı da ötən ilin eyni dövründə azaldıqdan sonra yenidən yüksəlməyə başlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram