Bankların ehtiyatları 0.6% azalıb | Banco.az

Bankların ehtiyatları 0.6% azalıb

Banklar bir sıra risklərlə qarşılaşırlar ki, bunların bankın fəaliyyətinə mənfi təsir etməməsi üçün ehtiyat yaradılır. Ehtiyatların yaradılması "Banklar haqqında" qanuna əsasən, səhmdarların ümumi yığıncağında xalis mənfəət hesabına ehtiyatların yaradılması səhmdərların müstəsna səlahiyyətlərindəndir.

Həmçinin bax: Bankların üzləşdiyi risklər hansılardır?

"Mərkəzi Bank haqqında" qanuna əsasən ehtiyatların normasının həddini isə Mərkəzi Bank tərəfindən müəyyən olunur. Mərkəzi Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verir. Ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edilir və Mərkəzi Bankda saxlanılır. Tələb olunan ehtiyatların norması, hesablanması və saxlanması qaydası maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.

Həmçinin bax: Məcburi ehtiyatlar nədir?

Məcburi ehtiyatlar təmin edilmədikdə Mərkəzi Bank ehtiyatı təmin etməyən kredit təşkilatına və onun inzibatçılarına qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edir. Bu Mərkəzi Bankın pul siyasəti alətlərinin növlərindən ən əsasıdır. Bu normanın artırılıb azaldılması ilə dövriyyədəki pul vəsaitinin həcmi də dəyişir. Bu normanın hesablanması isə 2012-ci ildə qəbul olunmuş "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası" haqqında normativ hüquqi akta əsasən hesablanır. 

Mərkəzi Bankın məcburi ehtiyat nomrası 1992-ci ildən bu ilədək 15%-dən 0.5%-ə düşmüşdür. Bu o deməkdir ki, banklar ehtiyatda daha az pul saxlamaqla, daha çox hissəsini dövriyyəyə ( kreditlər verir) buraxır.

Həmçinin bax: Bank ehtiyatları hansı məqsədlə yaradılır?

Bankların ümumi ehtiyatlarına gəldikdə isə iyul ayında bu 295.7 milyon manat olub. Keçən aya nisbətən ehtiyatlar 0.6% azalmışdır. Bundan başqa da aprel ayında 4.4% azalma müşahidə olunub. 2017-ci ildən bəri ümumi ehtiyatları daha çox elə 2017-ci ilin fevral ayında 318 milyon manat qeydə alınmışdır. Ən az isə 2018-ci ilin noyabrında 234.2 milyon manat qeydə alınıb. 

2019

Ümumi ehtiyatlar

(mln manat)

Yanvar 281,5
Fevral 282,0
Mart 286,2
Aprel 273,5
May 292,5
İyun 297,6
İyul 295,7

Ən sərfəli kredit üçün müraciət et

 

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç