Məcburi ehtiyatlar nədir? | Banco.az

Məcburi ehtiyatlar nədir?

Məcburi ehtiyatlar-əmanət qəbul edən bankların bu əmanətlərə əvəz olaraq Mərkəzi Bankda saxlamaq məcburiyyətində olduqları əmanətlərin nisbətidir və bu nisbət Mərkəz Bank tərəfindən müəyyən edilir.

 Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Məcburi ehtiyatların norması depozitlərin faizi nisbətində müəyyən edilir. Ölkəmizdə məcburi ehtiyatların norması bütün depozitlər, eləcə də hesablama bazasının bütün həcmləri üzrə 0.5 (sıfır tam onda beş) faizdir.

Məcburi ehtiyatlar depozitlərin valyutasında (manat və xarici valyuta) Mərkəzi Bankda bankın müvafiq müxbir hesablarında saxlanılır. Mərkəzi bank bu ehtiyatların saxlanılması üçün faiz ödəmir. 

Əgər bankın fəaliyyətinə xitam verilərsə, bankın müraciətinə əsasən bank məcburi ehtiyat saxlamaqdan azad olunur.