Banklarımızın mobil tətbiqləri | Banco.az

Banklarımızın mobil tətbiqləri

Bankların mobil tətbiqləri

Yuxarıda qeyd etdiyimiz kimi, prosesinq mərkəzləri ilə yanaşı müştərilərinə özünə məxsus mobil tətbiq üzərindən xidmət göstərən bir sıra yerli bank da mövcuddur, o cümlədən:

  1. Bank of Baku
  2. DəmirBank
  3. Kapital Bank
  4. Expressbank
  5. Yapı Kredi Bank
  6. AccessBank
  7. AGBank
  8. Bank Standard
  9. Pasha Bank
  10. AFB Bank

cib

Bu tətbiqlərlə yaxından tanış olmaq üçün aşağıdakı keçidlərdən istifadə etmək olar.

Bank of Baku

 

google play

 

app store notify

DəmirBank

 

google play

 

app store notify

Kapital Bank

 

google play

 

app store notify

Expresspay by Expressbank

 

google play

 

app store notify

Yapı Kredi Bank Azərbaycan

 

google play

Accessbank

 

google play

 

app store notify

AGBank

 

google play

 

app store notify

Bank Standard

 

google play

 

app store notify

Pasha Bank

Ən sərfəli kredit üçün müraciət et

 

google play

 

app store notify

AFB Bank

 

google play

 

app store notify

Bank məhsulları üçün xüsusi mobil tətbiqlər

Əvvəlcədən qeyd edək ki, ayrı-ayrı bank məhsulları üçün yaradılmış mobil tətbiqlər xüsusi maraqla qarşılaşır. Hazırda yerli bazarda mövcud olan belə tətbiqlər pərakəndəçiliyə üstünlük verən bankların taksit kartları üçün, o cümlədən:

– Unibank-ın Albalı Plus kartı,
– Bank of Baku-nun Bolkartı,
– AGBank-ın Həzz Kartı üçün yaradılıb.

Unibank-ın Albalı Plus kartı

 

google play

 

app store notify

Bu tətbiq vasitəsi ilə istifadəçilər kartla keçirilən bütün mədaxil və məxaric əməliyyatlarını izləmək, kredit borcunu öyrənib ödəmək, Albali kartı ilə bağlı bütün kampaniyalar və aksiyalar haqqında məlumat almaq imkanını əldə edirlər. Unibank-ın özünün mobil bank tətbiqi olmasa da, Albalı Plus tətbiqi yüksək səviyyədə hazırlanıb.

albali plus

Bank of Baku-nun Bolkartı

 

google play

 

app store notify

Bank of Baku-nun həm ümumi mobil bank tətbiqi, həm də Bolkart məhsulu üçün ayrıca tətbiqi mövcuddur. Dizayn və menyuya ilk baxışdan görünən odur ki, BoB ümumi tətbiqdən daha çox Bolkart tətbiqinə diqqət yetirib.

bolkart

AGBank-ın Həzz Kartı

 

google play

 

app store notify

AGBank da, gördüyümüz kimi, iki mobil tətbiqə malikdir. Funksiyaların sayı minimal olsada, Həzz kart tətbiqi müştəriyə lazım olan elementlərə malikdir.

Mülahizələrimiz:

– Mobil tətbiq işlədən bankların çoxu həm Andriod, həm də iOS sistemlərini dəstəkləyən mobil tətbiqlərə malikdirlər.
– Bəzi hallarda funskiyalar ya işləmir, ya da sayta keçməyi tələb edir.
– Bəzi tətbiqlər müştəriyə real bank xidmətlərini təklif edə bilmir (bir-iki istisna olmaqla) və istifadəçiyə daha çox informativ xarakterli məlumatlar verməklə kifayətlənir.
– Proqramların çoxu 2014-cü ildən bəri yenilənməyib.
– İstifadəçilərin Google Play və App Store-da tətbiqlərlə bağlı verdikləri sual və qeydlər bir çox halda cavabsız qalır. Bu isə bankların şikayət və təkliflərə lazımi diqqət yetirmədiklərinə dəlalət edir.
– Toxunmaq istədiyimiz mühüm məsələlərdən biri də dil problemidir. Tətbiqlərin bir çoxu yalnız ingilis dilində, Yapı Kredi Bankın tətbiqi isə türk dilindədir.
– Adı çəkilməyən digər Azərbaycan bankları hələ də bu istiqamətə önəm verməyiblər.

mobil bank

Yerli bankların onlayn xidmətləri hələlik başlanğıc mərhələsində olduğunu deyə bilərik. Obyektivlik naminə qeyd etməliyik ki, buna səbəblərdən biri həm də əhalinin əksər hissəsinin hələ ki mobil bankçılığa hazır olmamasıdır. Məhz buna görə orta ölçəkli banklar ciddi yatırım tələb edən mobil bankçılığa yönəlməkdən çəkinirlər. Lakin ölkədə yüksək texnologiyaların, elektron hökümətin inkişafı və mobil tətbiqlərin tədricən bütün ictimai və iqtisadi sahələri əhatə etmək meylləri sözsüz ki, bank sektorunu bu istiqamətdə daha cəld və cəsur addımlar atmağa təşviq edir. Olduqca yaxın gələcəkdə mobil tətbiqi olmayan banklar rəqabətdə ciddi şəkildə geridə qalacaq. Buna həmçinin bazarda müəyyən uğurla fəaliyyət göstərən Hesab.az, e-Pul onlayn ödəniş sistemlərini, eləcə də Milliön və eManat ödəniş nöqtələrini də əlavə etsək, rəqabətin nə dərəcədə şiddətlənəcəyini təxmin edə bilərik. Bu təqdirdə isə ən çox qazanan müştərilər olacaqlar.

İşlərinizdə uğurlar!

P.S. Təqdim olunan mobil tətbiqlər barədə mülahizələrim daha çox istifadəçilərin Google Play və AppStore-da yazdıqları rəylər əsasında formalaşıb.

Müştərilər mobil bankı nə üçün istifadə edirlər? 

 

Müəllif: Samir Kərimov