Azərbaycanda mobil bankçılıq | Banco.az

Azərbaycanda mobil bankçılıq

Bütün dünyada olduğu kimi, ölkəmizdə də mobil sektorun inkişafı bütün sahələrdə yeni imkanlar yaradır. Lakin, Azərbaycan üçün mobil bankçılıq nisbətən yeni bir sahədir. Belə ki, mobil bank tətbiqləri sadəcə son iki-üç il ərzində yaradılmağa başlayıb.

Mobil bank tətbiqlərini 3 yerə ayırmaq olar:

1. Prosesinq mərkəzlərinin tətbiqləri,
2. Bankların tətbiqləri,
3. Bank məhsulları üçün tətbiqlər.

Prosesinq mərkəzlərinin tətbiqləri

Azərbaycanda demək olar bütün bankların kart əməliyyatları 2 prosesinq mərkəzi — Azericard və Millikart vasitəsi ilə həyata keçirilir. Təsadüfi deyil ki, ilk mobil bank təbiqləri də elə bu mərkəzlər tərəfindən təqdim olunub. İlk olaraq Azericard bir neçə bank üçün eyni tipli Mobilbank tətbiqini hazırladı.

Azericard

google play notify
app store notify

Lakin, Mobilbank-ı aktivləşdirmək üçün yenə də əvvəllər olduğu kimi bankomata müraciət etmək lazım idi. Müştəri müəyyən banka aid bankomatdan «Xidmətlər» bölümündə «MobilBank qeydiyyat» düyməsinə basaraq seriya nömrəli və parollu çeki əldə edib həmin məlumatları mobil tətbiqə daxil edib proqramdan istifadə edə bilər.

azericard

Azericard-ın MobilBank tətbiqi Android və iOS sistemlərində aşağıdakı banklar üçün aktivdir:

  • Amrah Bank
  • AG Bank
  • Ata Bank
  • Bank of Azerbaijan
  • International Bank of Azerbaijan
  • International Bank of Azerbaijan Moscow
  • Bank Nikoil
  • MuganBank
  • Parabank
  • Rabita Bank
  • Bank Respublika
  • Turan Bank
  • Bank Technique
  • Xalq Bank
  • Silk Way Bank
  • NBC Bank
  • Bank Avrasiya
  • Bank BTB
  • Caucasus Development Bank
  • AtraBank
  • AFB Bank

Şəkildə göründüyü kimi bu tətbiqin həm interfeysi, həm də funksionallığı olduqca sadədir. Bu tətbiq vasitəsi ilə yalnız aşağıdakı əməliyyatları aparmaq mümkündür:

Ən sərfəli kredit üçün müraciət et

– balansı yoxlamaq,
– card-to-card əməliyyatını həyata keçirmək,
– mobil, İnternet, kommunal və TV xidmətlərinin ödənişini etmək,
– lazım olduğu təqdirdə kartı bloklaşdırmaq.

MobilBank-dan istifadə əksər banklarda pulsuz olsa da, bəzilərində (Parabank, Rabitabank) 10-15 manat civarında illik xidmət haqqı alınır.

Millikart — CİB

google play

app store notify

Millikart bu ilin iyun ayında CİB mobil tətbiqi ictimaiyyətə təqdim etdi. Azericard-ın proqramı ilə müqayisədə burada daha çox üstünlüklər var, o cümlədən:

– bankomat axtarmağa ehtiyac yoxdur: qeydiyyat mobil cihazda aparılır,
– bankomatda olduğu kimi proqram bütün bank kartları üçün keçərlidir,
– kartların sayına məhdudiyyət qoyulmur,
– proqram tamamilə pulsuzdur,
– tətbiq Android və iOS əməliyyat sistemlərini dəstəkləyir.

cib

Bu mobil tətbiqin əsas üstünlüyü ondan ibarətdir ki o, təkbaşına bir neçə tətbiqi əvəz edir. Lakin digər tərəfdən bu üstünlük proqrama daha çox funksiya əlavə etmə imkanını azaldır. Belə ki, hər bir bankın özünə məxsus özəl xidmətləri olduğu halda onları buraya yerləşdirmək mümkün deyil. Həmin xüsusi xidmətlərdən istifadə etmək üçün artıq ayrıca tətbiqin yaradılmasına ehtiyac meydana gəlir. Yerli bankların bu sahədəki nailiyyətlərinə nəzər salaq.

Davamı... 

Müştərilər mobil bankı nə üçün istifadə edirlər? 

Müəllif: Samir Kərimov

Ən sərfəli krediti almaq üçün müraciət et