Banklarımız və sığorta şirkətlərimiz Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait ayırıb? | Banco.az

Banklarımız və sığorta şirkətlərimiz Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait ayırıb?

Bütün dünyanı təşvişə salan koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün bütün ölkələr səfərbər rejimə keçib. Ölkəmizdə də əhalinin sağlamlığını nəzərə alaraq bir sıra tədbirlər planı gerçəkləşdiriilir. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması da bu istiqamətdə atılan addımlardandır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Fond vəsaitlərinin formalaşmasında banklarımızın və sığorta şirkətlərimizin də rolu əvəzolunmazdır. Bankların və sığorta şirkətlərinin fonda ayırdıqları məbləğlərə daha ətraflı Banco.az tərəfindən hazırlanan infoqrafikdən baxa bilərsiniz:

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, infoqrafikdə bu günə olan məlumatlar yerləşdirilib. Yeniləndikcə dəyişikliklər olunacaq.

Tərlan Qəhrəmanova,

Tahir Əsgərli, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et