Banklarda işləmək üçün mütləq öyrənməli olduğumuz maliyyə bazarı terminləri! | Banco.az

Banklarda işləmək üçün mütləq öyrənməli olduğumuz maliyyə bazarı terminləri!

İndiyə qədər çox maliyyə sahəsinə aid müsahibələrdə olmuşam, ona görə də bu  gün bank müsahibələrində məndən ən çox soruşulan 4 termini sizlər üçün topladım. Banco.az komandasının köməyi ilə maliyyə bazarlarına aid bir-birindən maraqlı 4 termini sizlərə çatdırıram. Xatırladım ki, maliyyə bazarları, maliyyə sahəsinin ən gəlirli və rahat sahəsidir. Ona görə də nə qədər bu sahədə çox bilgi, o qədər iş imkanı deməkdir.

1) Aksept(Acceptance (accept))

1) Müqavilənin bağlanması, yaxud müqavilə şərtlərinin dəyişdirilməsi barəsində təklifə razılığın verilməsi, bu zaman:

(i) aksept tam və qeyd-şərtsiz olmalıdır;

(ii) əgər oferent aksept üçün müddət müəy yənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər.

2) Ödəyən subyekt tərəfindən veksel, çek və hesab üzrə borc məbləğinin təsbit olunmuş müddətdə ödənilməsi barədə öhdəliyin qəbul edilməsi;

3) Bank tərəfindən köçürmə veksel üzrə ödənişin vaxtında ödənilməsi ilə bağlı zəmanətin təqdim edilməsi;

4) Pul və ya əmtəə sənədlərində (ödəniş məqsədilə təqdim olunmuş) göstərilən məbləği ödəmək barəsində ödəyən (borclu) tərəfin rəsmi razılıq təqdim etməsi;

5) Köçürmə vekselin üzərində borclu tərəfin ödəniş barəsində razılığını bildirən (təsdiq edən) imzanın qoyulması;

6) Bank tərəfindən mal göndərən, iş görən, yaxud xidmət göstərən tərəfə məxsus hesaba ödəniş edilməsi barəsində rəsmi razılığın təqdim edilməsi.

2) Bank sertifikatı (Bank certificate)

1) Bank müştərisinin hesabının saldosunu, yəni hesaba köçən məbləğlə hesabdan çıxan məbləğ arasındakı fərqi göstərən sənəd. 

2) Bankda pul vəsaitinin deponent ləşdirilməsini təsdiq edən sənəd. Əsas etibarilə bu sənəd müştəri tərəfindən banka yatırılmış depozit məbləğinin götürülməsi üçün istifadə olunur.

3) Çek( Check (cheque))

1) Bankda və ya digər kredit təşkilatlarında hesabı olan şəxsin həmin banka, yaxud kredit təş kilatına onun hesabında olan pul vəsaitinin bir hissəsinin və ya bütünlüklə başqa şəxsin hesabına köçürülməsi, eləcə də, nağd ödəniş şəklində başqa şəxsə, yaxud özünə verilməsi barəsində tapşırığın əks olunduğu qiymətli kağız. Qiymətli kağızın bir növü kimi çek özündə aşağıdakı məlumatları əks edir:

Ən sərfəli kredit üçün müraciət et

(i) sənədin üzərində onun çek olduğunu təsdiq edən “çek” sözü.

(ii) ödənişi həyata keçirən subyektin (bankın və s.-nin) və hesabın adı;

(iii) ödənişi barəsində tapşırıq verilmiş pul vəsaitinin məbləği;

(iv) çeki təqdim edən tərəfin rəsmi tap şırığını təsdiq edən imza;

(v) ödənişin aparıldığı valyuta və s.

Çek məhdud zaman müddətində (adətən 10 gün müddətində) qüvvədə olur. Yəni, tapşırıq alan tərəf çekin icrasını həmin müddət ərzində həyata keçirməlidir.

2) Alqı-satqı münasibətləri zamanı kassa mədaxilini təsdiq edən sənəd. Burada çek alqı-satqı münasibətlərinin həqiqiliyini sübuta yetirir və maliyyə, o cümlədən vergi nəzarətinin bir aləti kimi çıxış edir.

4) Deflyasiya (Deflation)

1) Əmtəə və xidmətlərin cari ilə qiymətlərinin bazis ili kimi görülmüş ilin qiymətlərinə yenidən hesablanması prosedurası (məsələn, ümumi milli məhsulun deflyatoru);

2) İnflyasiyanın azaldılması üçün tətbiq edilən və əsasən tədavüldən artıq pul kütləsinin müəy yən hissəsinin çıxarılmasına yönəldilmiş dövlət tədbirləri kompleksidir: qiymətli kağızların buraxılması, nağd pulun cəlb edilməsi üçün banklarda faiz dərəcələrinin artırılması, vergi vasitələri və pul islahatlarına və pul mübadiləsinə (denominasiya) qədər sair vasitələr. Belə ki, kreditlərin ödənişinin məhdudlaşılması (uçot dərəcəsinin qaldırılması nəticəsində) kapital qoyuluşlarının azaldılmasına gətirib çıxardığından deflyasiya son nəticədə işsizliyin genişlənməsinə səbəb olur;

3) İqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin azalması (inflyasiyaya əks olaraq), adətən ikinci bənddə sadalanan tədbirlər nəticəsində makroiqtisadi tarazlığın pozulması, o cümlədən iqtisadiyyatda məcmu tələb səviyyəsinin aşağı düşməsi nəticəsində qiy mətlərin azalması və bundan asılı olaraq istehsalın azalması ilə iqtisadi  böhranın müşahidə olunması. Bu zaman iqtisadiyyatda inflyasiyanın əksi olan proses baş verir. Deflyasiya zamanı qiymətlərin ümumi səviyyəsi aşağı düşür, pulun alıcılıq qabiliyyəti artır (əks inflyasiya). Dövlət deflyasiya sindromunu aradan qaldırmaq üçün müxtəlif vasitələrlə antideflyasiya tədbirlərini həyata keçirir. 

Xəzər Aslanov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et