Ötən ay nağdsız kart ödənişlərinin həcmi 9 mlrd. manata yaxınlaşıb | Banco.az

Ötən ay nağdsız kart ödənişlərinin həcmi 9 mlrd. manata yaxınlaşıb

2025-ci ilin oktyabr ayı ərzində Azərbaycanda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 mlrd. 825 mln. manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.

    Məlumata görə, həyata keçirilən nağdsız ödənişlərin 7,776 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,045 mln. manatı POS-terminallar, 4 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil edib.

    Qeyd edilib ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 334 min ədəd artaraq 21 milyon 701 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13.3% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 16% artmış, kredit kartlarının sayı isə 5.2% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, oktyabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17.6% artıb.