Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2025-ci ilin yanvar-oktyabr aylarında 986.8 mln. manat xalis mənfəət, 1,529.7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 8%, əməliyyat mənfəəti isə 7,5% artıb.
Məlumata görə, cari ilin ilk 10 ayında banklar tərəfindən 241.6 mln. manat (12,9% çox) məbləğində mənfəət vergisi ödənilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
