Banklar verdikləri hər kreditə görə nə qədər pul qazanırlar? - Net Profit Margin ratio | Banco.az

Banklar verdikləri hər kreditə görə nə qədər pul qazanırlar? - Net Profit Margin ratio

Bu həftə banklarımızın maliyyə vəziyyətini yoxladıq.  Ümumiyyətlə maraqlı olub-olmamasından asılı olmayaraq, banklarımızın maliyyə əmsallarının necə olduğu, nə qədər investisiya mühitinə dayanıqlı olduğunu araşdırdıq. Artıq sonuncu maliyyə əmsalı olan Net Profit Margin ratio'nu hesablayaraq maliyyə əmsallarına son qoyuruq. 

Net Profit Margin əmsalı bankın xalis mənfəətini onun qazandığı gəlirə nisbəti kimi ifadə olunur. Biz bu əmsalı bankın verdiyi kreditlərdən qazandığı faiz gəlirlərinə əsasən müəyyən edərək onların hər bir kreditdən nə qədər xalis mənfəət əldə etdiyi öyrənmiş olduq.  Ümumiyyətlə net profit margin əmsalı aşağıdakı kimi hesablanır

Net Profit Margin = Net profit/Total İncome (Xalis mənfəət/Cəmi gəlir)

Biz bu düsturda Cəmi gəliri Xalis faiz gəliri ilə əvəzləmişik. Çünki maliyyə müəssisələrində, xususilə banklarda satış fəaliyyəti, yəni kommersiya gəliri kreditə aid edildiyindən belə etməli olduq. 

Təbii ki, bəzi banklarımızın faiz gəlirləri də mənfi olduğundan həmin bankları bu siyahıda əks etdirmədik. Çünki bankların qazandığı gəlir lazım idi, zərər yox. Amma zərərdə olan banklar bu siyahıda əks olunub.

Bank

Net profit margin

Nikoil Bank

1,89

Azərbaycan Beynəlxalq Bank

1,60

Unibank

1,32

Bank Silkway

1,23

Bank Avrasiya

0,99

Bank Melli İran

0,97

Naxçıvan Bank

0,79

Paşa Bank

0,51

ASB bank

0,40

Kapital Bank

0,37

AFB bank

0,31

Ziraat Bank

0,29

Bank BTB

0,29

Xalq Bank

0,29

Günay Bank

0,28

Bank of Baku

0,28

NBC Bank

0,22

YapıKrediBank

0,10

Express Bank

0,08

Pakistan milli bankı

0,07

Bank Respublika

0,07

AzərTürkBank

0,06

TuranBank

0,05

Rabitəbank

0,03

AtaBank

0,02

Muğan Bank

-0,48

Accessbank

-0,65

AG Bank

-9,10

Ən sərfəli kredit üçün müraciət et

Siyahıda görünür ki, Xalis mənfəət renkinqində ikinci yerdə olan Nikoil bank bu renkinqdə birincidir. O hər bir kredit faizinə görə 1,89 AZN , Beynəlxalq bank isə 1,60 AZN qazanır. Həmin renkinqdə ilk beşlikdə yer ala bilməyən Bank Silkway bu renkinqdə 1,23 AZN ilə dördüncü yerdədir. Maraqlı məqam ondadır ki , xalis mənfəət renkinqində üçüncü olan Kapital Bank bu renkinqə 0,37 AZN ilə 10-cu yerdədir.

Təbii ki, bəzi banklar zərərdə olduğundan onların Net Profit Margini də mənfiyə düşüb. Bu isə o anlama gəlir ki, bu banklar verdiyi hər bir kredit faizinə görə itirir. 

Bu da maraqlıdır.

Xalis mənfəət renkinqi - 2018-ci il II rüb

Xalis Faiz gəlirləri renkinqi - 2018-ci il II rüb