Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı bu il 2 dəfəyə yaxın azalıb | Banco.az

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı bu il 2 dəfəyə yaxın azalıb

2021-ci ilin altı ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4,2% azalaraq 12,2 mlrd. ABŞ dolları ekvivalentində olub.

Nağdsız valyuta əməliyyatlarının 85,3%-i ABŞ dollarında, 14,7%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29,3%-i banklararası valyuta bazarında (BVB), 70,7%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Qeyd edək ki, dövr ərzində BVB-də əməliyyatların 99,2%-i ABŞ dollarında, 0,8%-i avroda aparılıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 8,6 mlrd. dollar ekvivalentində olub ki, bunun da 79,6%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 94,9%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 42% azalaraq 1,9 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 84,2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd valyuta bazarında may və iyun aylarında bankların valyuta alışı satışları üstələyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et