Banklar Assosiasiyasının nəzdində hərrac mərkəzi yaradılır | Banco.az

Banklar Assosiasiyasının nəzdində hərrac mərkəzi yaradılır

Azərbaycanda kredit bürosunun yaradılmasının ardınca maliyyə bazarında bir sıra yeniliklər gözlənilir. Bunu Bakıda keçirilən Azərbaycanın ilk özəl kredit bürosunun təsis edilməsinə həsr olunmuş tədbirdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda daşınar əmlakın yüklülüyü ilə bağlı qanun layihəsinin qəbulu, məhkəmə qərarlarının qəbulu və icra sisteminin təkmilləşdirilməsi, eləcə də bir neçə gün bundan əvvəl ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilmiş qərara uyğun olaraq hərrac mərkəzinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulub. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az