Bank elə bir vahid sistemdir ki, dayanıqlığı onun ən zəif həlqəsinin davamlılığı qədərdir.
Emil Məmmədov, Nikoil Bank İdarə Heyətinin Sədr Müavini
Nikoil Bank 1994-cü ildən Azərbaycan maliyyə bazarına daxil olmuşdur. 2008-ci ilə qədər Bankın səhmdar kapitalının böyük bir hissəsi (61%) Nikoil QSC-ə məxsus olsa da, 2008-ci ildən yenidən sövdələşmə imzalanmışdır. 2014-cü il 30 iyun tarixinə Nikoil Bankın səhmdar kapitalı aşağıdakı şəkildə bölüşdürülmüşdür:
- QSC "Topaz İnvestments" - 56,38%
- QSC "NİKOIL" - 42,62%
- MMC "ISR Holding" - 1.00 %
Bank 2014-cü ilin yanvar-iyun ayları ərzində 2.38 mln manat xalis mənfəət əldə etmişdir və aktivlərinin həcmi 309 mln manata çatmışdır.
Verilmiş kreditlərin 145,1 mln manatı (58%) fiziki şəxslərə məxsusdur. Bununla yanaşı, ticarət və xidmət sahələrinə verilən kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi də yüksəkdir. Belə ki, 30.06.2014 tarixinə qeyd edilən sektora yönəldilmiş kreditlərin həcmi 60,2 mln manat olmuşdur. Kreditlər üzrə ayrılmış ehtiyatlar isə 22,2 mln manat olmaqla, ümumi kredit portfelinin 9.66%-i təşkil edir.
Nikoil Bank-ın leverec əmsalı 12.37%, məcmu kapitalı isə 58,431.44 min manatdır. Onlardan 34.5 mln manatını nizamnamə kapitalı təşkil edir.
Komandadın effektiv faəliyyəti musiqisindən zövq aldığın orkestrin ifasına bənzəyir.