Müəllif - Aida İsaq, Banco.az
Bankçılıq nəhəngləri onlayn alış-veriş üçün rəqəmsal pul kisəsi təqdim etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, müvafiq layihəyə “Bank of America”, “JPMorgan”, “Wells Fargo” və digər 4 böyük bank qoşulub. Layihə alıcılara kredit və debet kartlarını birləşdirən rəqəmsal pul kisəsindən istifadə edərək onlayn mağazalarda ödəniş etməyə imkan verəcək. Sözügedən rəqəmsal pul kisəsinin necə adlandırılacağı barəsində hazırda müzakirələr davam edir.
Qeyd edək ki, müvafiq ödəniş sisteminin “Early Warning Services” şirkəti tərəfindən idarə olunacağı bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!