Bankçılıq nəhəngi Avropa iqtisadiyyatının böyüməsini proqnozlaşdırdı | Banco.az

Bankçılıq nəhəngi Avropa iqtisadiyyatının böyüməsini proqnozlaşdırdı

Müəllif - Aida İsaq, Banco.az

“Goldman Sachs” iqtisadçıları Avrozonanın gələcəyi ilə bağlı müsbət mövqedən çıxış edib.

Banco.az xəbər verir ki, iqtisadçılar 2022-ci ilin sonunda iqtisadiyyatın daha dayanıqlı olması, təbii qazın qiymətlərinin kəskin düşməsi və Çinin koronavirus məhdudiyyətlərini gözləniləndən daha tez aradan qaldırmasından sonra artıq avrozonada resessiya proqnozlaşdırmayıb.

Mütəxəssislər bu il ÜDM-in 0,6 faiz artacağını proqnozlaşdırır. Eyni zamanda inflyasiyanın daha sürətlə zəifləyərək 2023-cü ilin sonuna kimi 3,25 faiz səviyyəsində olacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram