Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir | Banco.az

Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir

2 avqust 2024-cü il tarixində Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.

Tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın Baş ofisində Bakı vaxtı ilə saat 13:00-da baş tutacaq.

Səhmdarlar yığıncağının gündəliyi aşağıdakı kimidir:

Ən sərfəli kredit üçün müraciət et

1. Bank VTB (Azərbaycan) ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi;
2. Bank VTB (Azərbaycan) ASC-nin Nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi;
3. “Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının ümumi yığıncağı haqqında Əsasnamə”nin yeni redaksiyada təsdiq edilməsi;
4. “Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurası haqqında Əsasnamə”nin yeni redaksiyada təsdiq edilməsi.

Ən sərfəli krediti almaq üçün müraciət et