Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Mərkəzi Bank (AMB) qarşısında olan öhdəlikləri 2018-ci il oktyabrın 1-nə 5 977,6 mln. manat təşkil edib.
Öhdəliklərin həcmi sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 58,8 mln. manat və ya 0,97% azalıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin banklara və BOKT-lara tələbi 1 059,2 mln. manat və ya 15,1% azalıb.
Qeyd edək ki, bankların AMB-yə öhdəliklərinin bugünədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib.
Report.az