"Bank Technique" ASC "Bank Standard" QSC-nin İdarə Heyətinin sabiq sədri Səlim Krimanı məhkəməyə verib.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bank S. Krimandan borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib.
İşə oktyabrın 14-də hakim Əliyev Zaur Əli oğlunun sədrliyi ilə keçiriləcək prosesdə baxılacaq.
İnformasiyanı "Bank Technique" ASC-dən təsdiqləyiblər. Bildirilib ki, S. Kriman krediti fiziki şəxs qismində götürüb.