"Bank Standard"ın bütün qorunan əmanətçilərinə kompensasiya oktyabrın 17-dən veriləcək | Banco.az

"Bank Standard"ın bütün qorunan əmanətçilərinə kompensasiya oktyabrın 17-dən veriləcək

Lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi davam edir və artıq 2000-dən çox əmanətçiyə ödəniş edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, bankın əmanətçilərinin sayının çox olmasını və sosial ardıcıllığı nəzərə alaraq əmanətçilərin rahatlığının təmin olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilk mərhələdə 20 min dollar məbləğinədək qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçirilib. Oktyabrın 13-dən artıq 50 min dollar məbləğində olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə başlanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Oktyabrın 17-dən etibarən isə məbləğindən asılı olmayaraq bütün qorunan əmanətlər üzrə kompensasiyalar ödəniləcək. Qorunan əmanətlər öz valyutasında ödənilir. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda yəni həm milli, həm də xarici valyutalarda əmanəti olduqda isə kompensasiyalar “Əmanətlərin Sığortalanması haqqında" qanuna müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən günü (4 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq olaraq manatda ödənilir.

Kompensasiyaların ödənişi "Bank Standard" QSC-nin baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir.

Mənbə : apa.az