Bank sektorunun xarici öhdəlikləri 8% artıb | Banco.az

Bank sektorunun xarici öhdəlikləri 8% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin avqustun 1-i tarixinə 2 milyard 519 milyon manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bankların xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 78,8 milyon manat azalıb. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.

Qeyd edək ki, sektorun xarici öhdəlikləri illik müqayisədə isə 8,1% artıb

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et