Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin iyunun 1-i tarixinə 2 milyard 555 milyon manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilin əvvəlinə nəzərən 793.1 mln. manat çoxdur.
Qeyd edilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident bankların "loro" müxbir hesabları, həmçinin hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.
Hesabata görə, bankların xarici öhdəlikləri bir ay əvvəllə müqayisədə 0,4%, illik müqayisədə isə 72,4% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!