Bank sektorunun xarici öhdəlikləri 465 milyon manat artıb | Banco.az

Bank sektorunun xarici öhdəlikləri 465 milyon manat artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının  xarici öhdəliklərinin həcmi ötən ilin dekabrın 1-i tarixinə 2 milyard 277 milyon manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, bir ay əvvələ nəzərən 51 mln. manat və ya 2,2% çoxdur.  

Qeyd edilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır. 

Hesabata görə, bankların xarici öhdəlikləri ötən ilin əvvəlinə nəzərən 465,2 mln. manat, illik müqayisədə isə 28,7% artıb.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram