BANK SEKTORUNUN 31 İYUL 2017-Cİ İL TARİXİNƏ İCMAL GÖSTƏRİCİLƏRİ ACIQLANIB
Maliyyə Palatasından Banco.az-a verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31iyul 2017-ci il tarixinə cəmi aktivləri 29,708.5 milyon manat təşkil edib. Bu isə 30 iyun tarixi ilə müqayisədə 328 milyon manat azdır, belə ki, bankların aktivləri 1 ayda 1,1% azalıb.
Bankların cəmi öhdəlikləri isə 26,872.0 milyon manat təşkil etmişdir. Ötən ayda isə cəmi öhdəliklər 27,323 milyon manat idi.