2017-ci ilin sentyabr ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16167 nəfər təşkil edib.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.
Rəqəmlərin təhlili göstərir ki, avqustda bank sektorunda çalışanların sayı 44 nəfər artıb. Belə ki, iyul ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16123 nəfər olub.
Qeyd edək ki, cari ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16947 nəfər olub.
Mənbə: Apa.az