Bank Respublika internat məktəbinin uşaqlarına Yeni il şənliyi keçirdi | Banco.az

Bank Respublika internat məktəbinin uşaqlarına Yeni il şənliyi keçirdi

Bu il çoxsaylı sosial layihələr həyata keçirən “Bank Respublika”nın kollektivi, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgə, yeni il öncəsi Lerikdə yerləşən V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan azyaşlı uşaqların yeni il arzularını həyata keçirərək onlar üçün bayram şənliyi təşkil ediblər.

Bayram şənliyində uşaqlar Yeni il təntənələrinin əsas personajları sayılan Şaxta baba və Qar qızla birlikdəmahnı oxuyub, şeir söyləyib doyunca əyləniblər.

Şənlikdə bankın əməkdaşları valideyin himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan 150-ə yaxın uşaq üçün əsl bayram əhval-ruhiyyəsi yaradaraq onları bayram münasibətilə təbrik edib, bank tərəfindən hazırlanmış bayram sovqatların təqdim etdilər.

Ən sərfəli kredit üçün müraciət et

Bankdan verilən məlumata əsasən Bank, yeni ildə də müxtəlif sosial tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et