Bank olmayan kredit təşkilatlarının cəmi kapitalı nə qədərdir? (2017, illik hesabat) | Banco.az

Bank olmayan kredit təşkilatlarının cəmi kapitalı nə qədərdir? (2017, illik hesabat)

Sizi hər dəfə fərqli-fərqli araşdırmalarla təəccübləndirən banco.az komandası bu dəfə də maraqlı bir araşdırma etdi. Belə ki, ölkədə Bank olmayan kredit təşkilatlarının (BOKT) illik hesabatına əsaslanaraq onların kapitalı haqqında renkinq hazırladıq. Xatırladaq ki, bəzi BOKT-ların hesabatı saytında dərc olunmamsına baxmayaraq əlaqə saxlayıb öyrəndik. 

BOKT-ların nizamnamə (şərikli) kapitalının minimum miqdarı, onların formalaşdırdıqları ilkin əmlaka dair minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur. 

Qeyd edək ki, BOKT-ların cəmi kapitalı nizamnamə kapitalından fərqlidir. Onun tərkibindən əlavə olunmalar və çıxılmalar mövcuddur. BOKT-ların nizamnamə kapitalına dair isə minimum tələblər isə aşağıdakı kimidir. 

 - kommersiya hüquqi şəxs kimi yaradılan BOKT üçün - 300 min manat;

- qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan (fond) BOKT üçün - 30 min manat.

BOKTLAR

Cəmi Kapital (min manatla)

Azərbaycan-Mikro kredit

2 337 026

Embafinans

12 846

Molbulak

9 761

TBC kredit

4 268

Kredaqro

1 231

İdeal kredit

995

Finex kredit

800

Merkuri

774

Viator

676

Azinvestkredit

401

Premierkredit

369

İnkişaf üçün maliyyə

318

Brandcredit

306

Prokredit

306

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et