Müəllif: Gülnar Əhmədli, Banco.az
"Bank of Baku" 2023-cü ildə 25 milyon 458 min manat xalis mənfəət əldə edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin dekabr ayının sonuna bankın aktivlərinin həcmi 870 milyon 889 min manat olub ki, bu da illik müqayisədə 169 milyon 658 min manat və ya 24,2% çoxdur.
Hesabat ilində bankın kredit portfelinin həcmi 659 milyon 43 min manat, depozit portfelinin həcmi isə 515 milyon 767 min manat olub. Bunlar 2022-ci ilin nəticələri ilə müqayisədə müvafiq olaraq 81 milyon 509 min manat (14,1%) və 150 milyon 235 min manat (41,1%) çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!