Bank of Baku-nun xalis mənfəəti 24 milyon manatı ötüb | Banco.az

Bank of Baku-nun xalis mənfəəti 24 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aparıcı banklarından olan "Bank of Baku" 2025-ci ilin yanvar-sentyabr aylarında 24 milyon 20 min manat xalis mənfəət əldə edib. Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 985 min manat və ya 19,9% artıb.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivlərinin həcmi 1 milyard 117 milyon 642 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 183 milyon 369 min manat və ya 19,6% çoxdur. 

Hesabat dövrünə Bankın kredit portfelinin həcmi 872 milyon 371 min manat, depozit portfelinin həcmi isə 698 milyon 603 min manat olub. Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 111 milyon 947 min manat (14,7%) və 106 milyon 89 min manat (17,9%) çoxdur.  

Hesabat dövründə bankın faiz gəlirlərinin məbləği illik müqayisədə 16 milyon 579 min manat (14,7%) artaraq 129 milyon 193 min manata, faiz xərclərinin həcmi isə 10 milyon 331 min manat (25,4%) artaraq 51 milyon 44 min manata yüksəlib. 

30 sentyabr 2025-ci il tarixinə bankın məcmu kapitalı 161 milyon 123 min manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram