30 ildir fəaliyyət göstərən Azərbaycanın öncül, aparıcı, güclü maliyyə təsisatlarından olan “Bank of Baku” hazırda ölkəmizin həm biznes, həm istehlak kreditləri sahəsində, həm də plastik kartlar bazarında böyük müştəri kütləsinə malikdir.
1994-cü ildə yaranan “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi ilə yanaşı, davamlı olaraq xidmət və keyfiyyətin artırılmasına çalışır.
“Sizə yaxın bankçılıq”şüarı ilə müştəri məmnuniyyətini hədəf seçən “Bank of Baku” uzun müddətdir ki, maliyyə vəziyyətinin sabitliyi və likvidlik göstəricilərinin stabilliyi ilə diqqət mərkəzindədir.
“Bank of Baku” üçün ötən 3 il necə yadda qaldı?
Bankın illik maliyyə hesabatına əsasən, deyə bilərik ki, 2023-cü il “Bank of Baku” üçün uğurlu olub.
Belə ki, yola saldığımız ildə bankın gəliri 141.72 milyon manat olub. “Bank of Baku”nun 2023-cü ildə 25.46 milyon manat xalis mənfəət əldə etməklə, balansındakı bölüşdürülməmiş mənfəəti 76.95 milyon manata qalxıb.
Bankın əməliyyat mənfəəti 2023-cü ildə 27.06 mln. manat təşkil edib. Öncəki ildə bu rəqəm 34.1 mln. manat olmuşdu. Bank 2023-cü il ərzində aktivlərini həcmi illik müqayisədə 169.66 milyon manat və ya 24% artaraq 870.89 milyon manata yüksəlib.
Bankın ipoteka kreditlərinin həcmi 41% artaraq 34.9 milyon manata yüksəlib. Depozit portfelinin həcmi illik müqayisədə 150.23 mln. manat və ya 41% artaraq 515.77 manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, "Bank of Baku" ASC 2022-ci ili 36 milyon 866 min manat xalis mənfəət ilə başa vurub.
Bank 2021-ci ili 23 milyon 60 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "Bank of Baku"nun xalis mənfəəti 59,9% və ya 13 milyon 806 min manat artıb.
"Bank of Baku"nun depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 47,9% və ya 118 milyon 355 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 365 milyon 532 min manat təşkil edib.
“Bank of Baku” və “Bolkart”
Bankın məhsullarına “Nağd Pul Krediti”, “KOS” və mikrokreditlər” , “İşkart”, “Bolkart”, “Dostlar Klubu”, “DostBank” daxildir.
“Bank of Baku” Azərbaycanın geniş yayılmış və ilk hissə-hissə ödənişli kredit kartı olan “Bolkart”ın sahibidir.
Hazırda yenilənmiş Bolkart kredit və debet kartları müştərilərə şəxsi vəsaitindən ölkə ərazisində, internetdə və xaricdə rahat şəkildə istifadə etməsinə imkan yaratmaqla bərabər, ehtiyac olduğu halda bol limitli kreditlər də təklif edir.
Bolkart-ların üstün cəhətləri sırasında onların müştərilərinə yüksək keşbek qazandırma imkanına malik olması da daxildir. Həm ölkə xaricində, həm də ölkə daxilində istənilən POS terminallar və e-ticarət ilə ödəniş zamanı keşbeklər hesablanır.
Hazırda 30 yaşını qeyd edən "Bank of Baku" gələcəyə daha inamla addımlayaraq rəqabətə davamlı formada fəaliyyətini davam etdirir. Bankın ötən illərdə və bu gün də əldə etdiyi nailiyyətlər düşünülərsə, “Bank of Baku”nun fəaliyyəti hələ uzun illər uğurla davam edəcək.
"Bank of Baku", 30 yaşın mübarək!