“Bank of America” minimum əmək haqqını saatda 24 dollara qaldırdı | Banco.az

“Bank of America” minimum əmək haqqını saatda 24 dollara qaldırdı

Müəllif:Ayşən İmanova/Banco.az

“Bank of America” işçilərinin minimum əmək haqqını saatda 24 dollara və ya ildə təxminən 50 min dollara qaldırıb.

Banco.az xəbər verir ki, dəyişiklik bütün işçilərə - həm tam, həm də yarımştat işləyənlərə şamil olunacaq.

Bank rəhbərliyi 2025-ci ilə qədər minimum əmək haqqını saatda 25 dollara çatdırmaq niyyətini təsdiqləyib.

Qeyd edək ki, bu ilin əvvəlindən bankın kapitallaşması 17,2% artaraq 306,3 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et