Bank kredit verməkdən niyə imtina edir? | Banco.az

Bank kredit verməkdən niyə imtina edir?

Təəssüf ki, heç də bütün müştərilər borc götürülmüş pulları banka geri qaytarmır. Bu səbəbdən də, maliyyə təşkilatları öz müştərilərinin seçiminə olduqca ehtiyatla yanaşır. Banco.az sizə bankların bu işdə xüsusi diqqət yetirdiyi məqamları təqdim edir.

Bank heç bir izahat vermədən də kreditdən imtina edə bilər, onlar heç də həmişə öz qərarlarını izah etmirlər. Səbəbi aşağıda sadalanan faktorlardan birində axtarmaq lazımdır.

Əməkhaqqı faktoru

Bankın kredit rəsmiləşdirməkdən imtina etməsinin ən vacib səbəbi – müştərinin aşağı ödəmə qabiliyyətidir. İdeal variantda sizin aylıq kredit ödənişlərinizin miqdarı sizin bütün gəlirlərinizin 40%-ni üstələməli deyil. Əks halda bu. sizin üçün çəkilməz yük ola bilər. banklar risk etməyi sevmir və bu səbəbdən də sözü gedən göstəricilərin nisbəti yol verilən normaya müvafiq olmayan müştərilərə yox deməli olur.

Bugünkü halda isə sizin gəlirlərinizi rəsmi şəkildə təsdiqləyən sənədlərin də olması mütləq hesab olunur.

Qara siyahılar

Bəzi bankların özlərinin borcalanlar ilə bağlı qara siyahıları olur. Bu siyahıya bundan öncə həmin banklar xoşagəlməz münaqişə yaşamış istənilən müştəri düşə bilər. Həmin xoşagəlməz nüans sizin üçün cüzi və əhəmiyyətsiz də görünə bilər. Lakin bank bunu yadda şaxlayır. Məsələn sizin hesabınıza yanlışlıqla vəsait köçürülüb. Siz isə bu haqda banka məlumat verməyi vacib hesab etməməsiniz.

Həmçinin kredit verilişi ilə bağlı qərar qəbul edərkən banklar MKR-in (mərkəzi kredit reyestri) təqdim etdiyi kredit tarixçələri ilə bağlı məlumatdan aktiv istifadə edirlər. Həmin kredit reyestrində sizin müxtəlif banklardan götürmüş olduğunuz kreditlər ilə bağlı informasiya saxlanılır. Təbii ki, sizin yol verdiyiniz gecikmələr də orada əks olunub. Müraciət etdiyiniz bankın işçisi MKR-ə sorğu verdikdə sizin aktiv borclarınızı və gecikmələrinizi (əgər olubsa) görə biləcək. Borcların hansı bankda olduğu isə reyestr tərəfindən göstərilmir. Əgər sizin gecikmələriniz olmasa, lakin hələ də başqa banklara aktiv borclarınız olsa bank kreditdən imtina edə bilər. Çünki bu halda o, ehtiyat edir ki, bütün bu öhdəlikləri eyni anda yerinə yetirmək sizin üçün ağır olacaq.

Ən sərfəli kredit üçün müraciət et

(İstisna halı kimi isə yenidən maliyyələşdirmə kreditləri ola bilər. Bu zaman bank sizə digər aktiv borclarınızın cəmi qədər kredit verir ki, həmin borcları bağlayıb, yalnız bir banka borclu olasınız).

Zahiri görünüş

Zahiri görünüş və davranış kredit verilişi ilə bağlı qərarın qəbulunda əhəmiyyətli rol oynayır. Xoşagəlməz (səliqəsiz) görünüş, geyimdəki çirkinlik, spirt qoxusu, adam qorxudan döymələr (tatuaj), mobil telefonun olmaması, daima baxışları qaçırmaq cəhdi və sadə suallara qəribə, aydın olmayan cavabların verilməsi – bu kimi nüanslar kredit mütəxəssisində narahatlıq doğuracaq və o, təhlükəsizlik xətrinə sizə imtina etməyi daha üstün tutacaq, nəinki özünü sizin yerinizə qoymağı.   

Subyektiv skorinq

Kredit verilişi ilə bağlı qərar qəbul edərkən, bank yalnız kredit mütəxəssisinin şəxsi qiymətləndilməsinə əsaslanmır, həm də skorinq sisteminin nəticələri nəzərə alınır. Potensial müştəri xüsusi anket forması doldurur (ya da bunu kredit mütəxəssis özü edir., o borcalana müxtəlif suallar verir və cavabları skorinq sisteminə daxil edir). Cavablara görə verilmiş ballar əsasında skorinq sistemi həmin müştəriyə kredit verib-verməməklə bağlı qərar qəbul edir. Bu zaman qiymətləndirmədə müxtəlif meyarlar nəzərə alınır.   

Kredit məbləği

İmtina ilə bağlı qərara kreditin məbləği də təsir göstərir,  söhbət təkcə kredit məbləğinin böyüklüyündən və borcalanın onu ödəyə bilib-bilməyəcəyindən getmir. Əks situasiya da ola bilər. Borcalanın gəlirləri yüksəkdir, amma istədiyi məbləğ isə kiçikdir. Buna əsaslanaraq bankir belə düşünə bilər ki, müştəri öz borcunu həddindən artıq tez bağlayacaq və müəssisə faizlərdən qazanmağa macal tapa bilməyəcək. (lakin belə halların sayı o qədər də çox olmur).   

Əgər yuxarıda sadalanan hər hansı bir səbəb üzündən sizə kredit verməkdən imtina ediblərsə, üzülməyə dəyməz. Hə Birincisi, sizin həmişə başqa bir banka müraciət etmək şansınız vardır. Onun da sizə yox deyəcəyi – hələ bəlli və mütləq deyil. Ya da siz yuxarıda qeyd olunan səbəbləri aradan qaldırmaq üçün nəsə edə bilər, bir neçə ayın keçməsini gözləyə bilərsiniz. Olur ki, banklar heç bir izahsız imtina cavabı verdiyi halda bir neçə aydan sonra təkrar müraciət aldıqda müsbət cavab verirlər.

Konül Soltanova / Banco.az
 

Ən sərfəli krediti almaq üçün müraciət et