Bank kartlarındakı depozit gəlirindən vergi tutulacaq | Banco.az

Bank kartlarındakı depozit gəlirindən vergi tutulacaq

Azərbaycanda buraxılmış bank kartları üzrə vəsait qalığına hesablanan gəlirdən 10 faiz dərəcəsi ilə vergi tutulacaq.

Bu faiz bank tərəfindən tutularaq Dövlət Vergi Xidmətinə (DVX) ödəniləcək.

"Ümumiyyətlə, vətəndaşın əldə etdiyi istənilən faiz gəlirindən 10 faiz dərəcəsi ilə vergi tutulacaq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2016-cı ildə Dövlət Vergi Xidməti depozitlər üzrə mənfəətin yeddi il müddətinə vergidən azad edilməsi haqqında qanun qəbul edib. 2023-cü il fevralın 1-də bu müddət başa çatıb. Bundan sonra əmanətin bütün məbləğindən deyil, yalnız mənfəətin məbləğindən vergi tutulacaq.

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et