Kart sistemləri üçün alınan təhlükəsizlik tədbirləri çox olsa da, kart fırıldaqçılığının qurbanı olmağı heç kim istəməz. Ən kiçik bir səhv ya da diqqətsizlik, kartınızı daha doğrusu pulunuzu təhlükə altına sala bilər.
Buna görə də, bankınızın öz təhlükəsizlik sistemlərindən əlavə, sizin də fərdi olaraq həm özünüzü, həm də kartınızı qorumaq üçün bəzi tədbirlər almalısınız.
Taksit kartı məlumatlarımı necə qoruya bilərəm?
- Kartınızın üstündə yazan 16 rəqəmli nömrəsini, etibarlılıq tarixini və arxasında olan üç rəqəmli təhlükəsizlik kodunu (CVC) alış-verişlərinizdən başqa, heç kimlə paylaşmayın.
- Taksit kartı məlumatlarınızı ehtiva edən hesab çıxarış və ya qəbz kimi sənədləri, atana qədər heç kimin tapa bilməyəcəyi yerlərdə saxlayın.
- Taksit kartınızı hara qoyduğunuzu bildiyinizdən əmin olun. İtirmə və ya oğurluq hallarında vaxt itirmədən və əminliklə bankınıza müraciət etmək üçün bu vacibdir.
- Taksit kartınızın üzərində olan məlumatları hər kəsin görməməsi üçün kartınızı açıq sahələrdə buraxmayın.
- Taksit kartınız sizə məxsus verilmişdir. Buna görə də, sadəcə sizin istifadəniz ən düzgündür. Kartınızı istifadə üçün yoldaşa, dosta və ya tanıdığınız insanlara verməyin. Bu vəziyyət, kredit kartınızı alarkən imzalamış olduğunuz müqaviləyə zidd bir vəziyyətdir.
- Taksit kartınızın təhlükəsizliyindən şübhə etdiyiniz vaxt, məlumatlarınızı asanlıqla dəyişdirə bilərsiniz. Bunun üçün bankınıza müraciət edə bilərsiniz.
- Banklar, məlumatlarınızı və ya kart məlumatlarınızı mail yolu ilə sizdən istəməzlər. Telefon bankçılığında da vəziyyət eynidir; kart məlumatlarınızı söyləmək əvəzinə, telefon nömrələrinə klikləməyinizi istəyərlər.
- Bu cür məlumatların sizdən bilavasitə tələb edilməsi, fırıldaqçılığın xəbərçisidir. Belə hallarda, maillərə cavab verməməli və ya telefonu söndürüb bankanıza xəbər verməlisiniz.
- Taksit kartınızı təslim aldığınız ilk anda, kartınızın arxasında olan edən ağ sahəyə imzanızı atmalısınız.
Bankomatlarda kart məlumatlarımı necə qoruya bilərəm?
- Bank və ya kredit kartınızın şifrəsi sizə özəldir. Bu səbəblə, heç kimlə paylaşmamalı və heç kimin öyrənməməsi üçün lazımlı diqqəti göstərməlisiniz.
- Bankomatda əməliyyat etməzdən əvvəl sizdən şifrə istəyəcək. Şifrənizi daxil edərkən, ətrafınızda yığdığınız şifrəni heç kimin görmədiyindən əmin olmalısınız.
Taksit kartı şifrəmi necə qoruya bilərəm?
- Taksit kartı şifrəniz sadəcə sizin tərəfinizdən bilinən xüsusi bir məlumatdır. Alış-veriş edərkən mütləq qaydada şifrənizi özünüz daxil etməlisiniz.
- Pul qabınızdakı nağd pul nə qədər qiymətlidirsə, taksit kartı şifrəniz də eyni dərəcədə əhəmiyyətlidir. Buna görə də; doğum tarixi, yoldaşınızın adı ya da sıralı rəqəmləri şifrəniz olaraq təyin etməyin.
İnternet alış-verişlərində kart məlumatlarımı necə qoruya bilərəm?
- Alış-veriş etmək istədiyiniz saytın haqqında bir az araşdırma apararaq, etibarlı olduğundan əmin ola bilərsiniz. Saytın 'https' əlaqəli və 'ssl' təhlükəsizlik sertifikatı olduğuna fikir verməlisiniz.
- Bəzi internet saytları məhsul ya da xidmət satmadan, sadəcə məlumat məqsədli olaraq sizdən kredit kartı məlumatlarınızı istəyə bilər. Bu saytlara qətiyyən inanmayın, kart məlumatlarınızı əsla paylaşmamalısınız.
- Onlayn alış-veriş edərkən sizdən istənən məlumatlar; kredit kartı nömrəniz, etibarlılıq müddəti və təhlükəsizlik kodudur. Bunlardan əlavə kartınıza aid şifrə tələb olunsa, qətiyyən şifrənizi verməyin.
- Bankınızın etibarlı onlayn alış-veriş üçün təqdim etdiyi digər imkan 3D Secure əməliyyatıdır. Bu əməliyyat sayəsində, kart məlumatlarınızın düzgünlüyünü yoxlamaq məqsədi ilə cib telefonunuza gələn bir kod var. SMS ilə gələn kodu sayta daxil etməsəniz və ya səhv daxil etsəniz ödəmə reallaşmayacaq.
- Alış-veriş etdikdən sonra kart məlumatlarınızın etibarda olmadığını düşünürsünüzsə, dərhal bankanıza vəziyyəti bildirməlisiniz. Bu sayədə, kartınızdan edilən xərclə əlaqədar məlumat ala bilərsiniz..