Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrlə 40 milyard 862 milyon 42 min dollar dəyərində ticarət əməliyyatı aparıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 3,8% çoxdur.
Bu dövrdə Azərbaycanın 7 ölkə ilə ticarət dövriyyəsi 1 milyard dollardan çox olub.
Bu ölkələr İtaliya (10,6 milyard dollar), Türkiyə (4,8 milyard dollar), Rusiya (4,2 milyard dollar), Çin (3,8 milyard dollar), Almaniya (1,2 milyard dollar), ABŞ (1,1 milyard dollar) və Böyük Britaniyadır (1 milyard dollar).
Bizi sosial şəbəkələrdən izləyin!!
