Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2025-ci ilin yanvar-oktyabr aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 454 milyon 754 min dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5 milyon 704 min dollar və ya 1,3% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2.21%-ni təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 430 milyon 458 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
