Bank “BTB” ASC Azərbaycan Respublikası Silahlı Qüvvələrin Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürüb | Banco.az

Bank “BTB” ASC Azərbaycan Respublikası Silahlı Qüvvələrin Yardım Fonduna 100 min manat məbləğində vəsait köçürüb

İşğal olmuş torpaqlarımızı düşmən tapdağından azad etmək üçün şərəflə döyüşən ordumuza fəaliyyət istiqamətindən asılı olmayaraq hər bir fiziki və hüquqi şəxs maksimum dəstək olmağa çalışır.

Bank BTB də öz növbəsində Azərbaycan ərazisinin bütövlüyü və təhlükəsizliyi naminə ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrin Yardım Fonduna 100 min manat vəsait köçürüb.

Nəzərinizə çatdıraq ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllü şəkildə daxil olan vəsaitlərdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et