Bakıdan uçuşların 100%-ni yerinə yetirən aviaşirkətlərin adları açıqlanıb | Banco.az

Bakıdan uçuşların 100%-ni yerinə yetirən aviaşirkətlərin adları açıqlanıb

Azərbaycanın əsas hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin oktyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib etmişdir.

2019-cu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən aviaşirkətlər arasında ən yüksək nəticəni – 100% punktuallıq ilə BƏƏ-nin milli aviadaşıyıcısı “Etihad Airways” və Çinin “China Southern” aviaşirkəti göstərmişdirlər.

“Uzbekistan Airways”, “Qatar Airways”, “Aeroflot”, “Air Arabia” və “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) planlaşdırılmış uçuşların ən azı 90%-ni yerinə yetirmişdirlər.

“Lufthansa” (89.6%), “flyNas” (88.9%), “Kuwait Airways” (87.5%) , “Türk Hava Yolları” (86.5%) və “Belavia” (86.4%) həmçinin yüksək nəticələr göstərmişdirlər.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə isə, 2019-cu ilin oktyabr ayı ərzində uçuşların 77%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilmişdir.

Obyektivliyin artırılması məqsədilə reytinqə hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways”, habelə ay ərzində 5-dən az uçuş həyata keçirmiş aviaşirkətlər daxil edilməmişdir.

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 32 sərnişin aviaşirkətinə xidmət göstərmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et