​Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb | Banco.az

​Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

Bakı Fond Birjasında (BFB) 2015-ci il ərzində bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 8 455 507 732 manat təşkil edib. Bu da 2014-cü ilin analoji göstəricisi ilə müqayisədə 35,6% azdır.

Banco.az "Report"a istinadən xəbər verir ki, bu müddətdə dövlət qiymətli kağızları bazarı 2014-cü illə müqayisədə 29,6 dəfə azalaraq 615,8 mln. manatdan 20,8 mln. manata düşüb. Pay bazarı isə 3,7 dəfə azalma ilə 1 029,1 mln. manatdan 279,5 mln. manata enib.

Ən sərfəli kredit üçün müraciət et

Bu müddətdə borc alətləri bazarı 1,8 dəfə azalaraq 1,8 mlrd. manat, törəmə alətlər bazarı isə 38,3% artaraq 6,2 mlrd. manat təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et