Bakı Fond Birjasında qiymətli kağızlar üzrə əməliyyatların həcm göstəriciləri açıqlanıb | Banco.az

Bakı Fond Birjasında qiymətli kağızlar üzrə əməliyyatların həcm göstəriciləri açıqlanıb

Bakı Fond Birjasında 2019-cu il ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14,033,797,038 manat təşkil etmişdir. 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi isə 14,893,377,207 manat olmuşdur. 2019-cu il üzrə dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, korporativ qiymətli kağızlar üzrə yerləşdirmələrin həcmində 20% artım qeydə alınmışdır.

Eyni zamanda dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 248%, korporativ qiymətli kağızların təkrar bazarında 72% və repo əməliyyatlarında isə 83.5% böyümə qeydə alınmışdır. Nəticə olaraq, Birjada təkrar bazar üzrə əməliyyatların həcmi keçən ilə nəzərən 128% artmışdır.

2019-cu ilin dekabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3,687,979,350.80 manat təşkil edərək ötən ilə nəzərən 4% böyümüş, listinqdə olan şirkətlərin sayı isə 914-dən 951-ə yüksəlmişdir.

BFB-nin ticarət dövriyyəsinin müqayisəli cədvəli

Bazarlar / Əməliyyatlar

31.12.2019-cu il tarixinə

31.12.2018-ci il tarixinə

 Əqdlərin həcmi (manatla)

 Əqdlərin sayı

Əqdlərin həcmi (manatla)

 Əqdlərin sayı

1. Dövlət qiymətli kağızları

11,781,968,963

2,177

13,340,543,115

1,725

1.1. İlkin bazar

10,877,166,709

1,581

13,081,023,114

1,416

Dövlət istiqrazları

659,008,281

368

872,757,966

293

ARMB* qiymətli kağızları

10,218,158,428

1,213

12,208,265,148

1,123

1.2. Təkrar bazar

904,802,254

596

259,520,002

309

Dövlət istiqrazları

525,745,218

513

224,873,506

290

ARMB qiymətli kağızları

379,057,036

83

34,646,496

19

2. Korporativ qiymətli kağızlar

1,129,248,340

2,665

941,057,762

3,081

2.1. İlkin bazar

167,095,367

59

382,907,915

172

2.1.1. Səhmlər

700,000

3

171,800,000

121

2.1.2. İstiqrazlar

166,395,367

56

211,107,915

51

-  İpoteka istiqrazları

151,007,578

25

200,557,915

33

-  Digər istiqrazlar

15,387,789

31

10,550,000

18

2.2. Təkrar bazar

962,152,973

2,606

558,149,847

2,909

2.2.1. Səhmlər

3,360,103

2,069

42,959,542

2,006

2.2.2. İstiqrazlar

958,792,870

537

515,190,304

903

-  İpoteka istiqrazları

916,068,096

47

421,975,256

53

-  Digər istiqrazlar

42,724,774

490

93,215,048

850

3. Repo əməliyyatları

1,122,579,735

618

611,776,330

335

Dövlət istiqrazları üzrə

737,173,415

545

404,118,852

283

ARMB qiymətli kağızları üzrə

375,410,922

55

180,056,042

19

Korporativ qiymətli kağızlar üzrə

9,995,398

18

27,601,436

33

Cəmi (1+2+3)

14,033,797,038

5,460

14,893,377,207

5,141

  -  o cümlədən: ilkin bazar   

11,044,262,076

1,640

13,463,931,029

1,588

  -  o cümlədən: təkrar bazar

1,866,955,227

3,202

817,669,848

3,218

Ən sərfəli kredit üçün müraciət et

* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı     

 

BFB-də ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi

(2019-cu ilin yanvar-dekabr ayları üzrə)


Ən sərfəli krediti almaq üçün müraciət et