Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə cari dövriyyə həcmi ötən ilin məcmu dövriyyəsini keçib.
Birjadan verilən məlumata görə, 2017-ci ilin əvvəlindən 15 avqust tarixinə olan əməliyyatların həcmi ötən ilin illik dövriyyə həcmini keçərək 5,8 milyard manat olub.
Qeyd edək ki, 2016-cı ilin bütün bazarlar üzrə ticarət əməliyyatlarının illik dövriyəsi 5.7 milyard manat təşkil edib.
Mənbə: Trend.az