“Bakı Enerji Həftəsi yaşıl enerji sektorunun inkişafına təkan verəcək” | Banco.az

“Bakı Enerji Həftəsi yaşıl enerji sektorunun inkişafına təkan verəcək”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“4-6 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi dünyanın diqqətini ölkəmizə yönəldəcək. Bu il keçiriləcək tədbirlər xüsusi əhəmiyyət daşıyır. Çünki, bu dəfə keçiriləcək enerji həftəsinin gündəliyi daha genişdir və yaşıl enerji ilə bağlı məsələlər də daxil edilib”.

 Bunu Banco.az-a açıqlamasında iqtisadçı, millət vəkili Azər Badamov deyib. Müsahibimiz düşünür ki, bu tədbir dünyanın bir çox dövlətləri üçün çox əhəmiyyət daşıyır:

“Bu ilki tədbirlər Bakı Enerji Həftəsinin və əsrin müqaviləsinin imzalanmasının 30 illiyinə təsadüf olunur. Tədbirlər çərçivəsində sərgilər təşkil olunur və bu sərgilərdə neft-qaz və yaşıl enerji sahəsində dünyanın inkişaf etmiş texnologiyaları nümayiş olunacaqdır. Ölkəmiz həm neft-qaz istehsal edir, həm də yaşıl gündəliyi icra edir. Bu ilimizin Yaşıl dünya naminə həmrəylik ili adlandırılması və il çərçivəsində ölkəmizdə baş tutan tədbirlər Azərbaycanın dünya üçün əhəmiyyətini artırır. Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsinə böyük təcrübəsi olan ölkə imicini qazanıb.
Qeyd edim ki, noyabrda keçiriləcək COP29 beynəlxalq konfransının Azərbaycana etibar edilməsi ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi təcrübəsinə verilən böyük dəyərə işarədir”.
Azər Badamov vurğulayıb ki,  Bakı Enerji Həftəsi ölkəmizin iqtisadi potensialını beynəlxalq səviyyədə təbliğinə imkan verir:

Ən sərfəli kredit üçün müraciət et

“Bakı Enerji Həftəsi iqtisadiyyatımızın ayrı-ayrı sektorlarına, xüsusilə yaşıl enerji sektoruna investisiyaların axmasına yol açacaqdır. Azərbaycan ərazicə o qədər böyük ölkə olmasa da beynəxalq səviyyədə qlobal problemlərin həllinə verdiyi töhfələri ilə böyük ölkələrin arasında özünə məxsus yerə malikdir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et