Bağlanan dörd bankın ipoteka portfeli "Bank BTB"-yə ötürülüb | Banco.az

Bağlanan dörd bankın ipoteka portfeli "Bank BTB"-yə ötürülüb

Ləğvetmə prosesində olan 4 bankın ipoteka portfeli "Bank BTB" ASC-yə ötürülüb. Bankdan verilən məlumata görə, bununla bağlı "Bank BTB" ilə "Azərbaycan İpoteka Fondu" ASC arasında razılaşma imzalanıb.

Razılaşmaya əsasən, "Gəncə Bank" SKB, "Kredo Bank" ASC, "Zamin Bank" ASC, "Royal Bank" ASC-in 59 mln. 467 min 376,92 manat məbləğində 1 755 nəfərdən ibarət ipoteka portfeli "Bank BTB"-yə təhkim edilib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Apa.az