"AzRe Təkrarsığorta" ASC-nin reytinqi təsdiqlənib | Banco.az

"AzRe Təkrarsığorta" ASC-nin reytinqi təsdiqlənib

"AM Best" beynəlxalq reytinq agentliyi Azərbaycanın "AzRe Təkrarsığorta” ASC-nin reytinqini təsdiq edib. "AM Best"in rəsmi veb-saytına istinadən verilən xəbərə görə, Şirkətin maliyyə sabitliyi "B+", kredit reytinqi isə "BBB-" səviyyəsində təsdiqlənib. Hər iki reytinq üzrə proqnozun "stabil" olduğu qeyd edilir.

Ən sərfəli kredit üçün müraciət et

"AzRe Təklrarsığorta" ASC-nin maliyyə sabitliyi reytinqinin "B+" və kredit reytinqinin "BBB-" səviyyəsində təsdiq edilməsi şirkətin cari maliyyə öhdəliklərini təmin etmək üçün imkanlarının yaxşı olmasından xəbər verir. 

Mənbə: Report.az