“Azfinance İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 22,318 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 61,7% çoxdur.
2016-cı ildə “Azfinance”ın cəmi öhdəlikləri 61,15% artaraq 21,406 mln. manata, cəmi kapitalı 74,4% artaraq 912 min manata, o cümlədən nizamnamə kapitalı 55% artaraq 1,55 mln. manata çatıb.
Şirkət ötən ili 162 min manat xalis zərərlə başa vurub. Bu, 2015-ci ilin zərərindən 3,5 dəfə çoxdur.
Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Şirkətin səhmləri 100% Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur