Azərbaycanla Rusiyanın Hesablama Palataları arasında imzalanan Saziş yenilənib | Banco.az

Azərbaycanla Rusiyanın Hesablama Palataları arasında imzalanan Saziş yenilənib

İyunun 24-də Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Rusiya Hesablama Palatasının sədri Tatyana Qolikova ilə görüşü baş tutub.

Hesablama Palatasından verilən məlumata görə, görüşdə hər iki Ali Audit Qurumu arasında qarşılıqlı əlaqələr müzakirə edilib.

İki qurum arasında 2002-ci ildə əməkdaşlıq haqqında sazişin imzalanmasından 13 ilə yaxın bir müddətin ötdüyü, bu dövr ərzində Azərbaycan və Rusiyanın sosial-iqtisadi sahədə dinamik surətdə inkişaf etdiyi, iki qonşu dövlət arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndiyi nəzərə alınaraq Saziş yenilənib, hər iki qurumun rəhbəri tərəfindən imzalanıb.

Ən sərfəli kredit üçün müraciət et

İmzalanma mərasimində çıxış edən V. Gülməmmədov iki qurum arasındakı mövcud əməkdaşlığın əhəmiyyətindən və inkişaf perspektivlərindən danışıb.

T. Qolikova iki qurum arasında münasibətlərin yeni mərhələsinin başladığını bildirib. Hər iki tərəf qarşılıqlı peşəkar maraqlara əsaslanan tərəfdaşlığın qurulması istiqamətində atılacaq növbəti addımlar barədə fikirlərini səsləndiriblər.

mənbə : apa.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et