Azərbaycanla İraq arasında kənd təsərrüfatı məhsullarının idxal-ixracı müzakirə edilib | Banco.az

Azərbaycanla İraq arasında kənd təsərrüfatı məhsullarının idxal-ixracı müzakirə edilib

Azərbaycan Respublikasının İraq Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin Kənd Təsərrüfatı naziri Məhəmməd Al-Xafacı ilə görüşüb.

İki ölkə arasındakı tarixi, dini və mədəni əlaqələr haqqında danışan N.Məmmədov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, kənd təsərrüfatının inkişafı üçün tətbiq edilən yeniliklər barədə ətraflı danışıb. Qeyd olunub ki, kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafında mühüm rola malikdir və aqrar sahənin inkişafı ölkəmizdə prioritet sahələrdən biridir.

Nazir M.Al-Xafacı İraqın ölkəmizlə kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etdirilməsi, hüquq bazanın yaradılması və digər zəruri tədbirlərin görülməsi üçün hazır olduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycanla İraq arasında kənd təsərrüfatı məhsullarının idxal-ixrac əməliyyatları və bunun həyata keçirilməsi üçün gələcək perspektivlər barədə planlar müzakirə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et