Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 9% azalıb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 9% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 12,7 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% azdır.

6 aylıq xarici ticarət dövriyyəsinin 7,7 milyard dolları ixracın, 5 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23%, idxal isə 28,9% azalıb.

Son nəticədə xarici ticarətdə 2,7 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 9% azdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram