Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 18 milyard 439 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyard 514 milyon dollar və ya 19,7% azdır.
Son 1 ildə Azərbaycanın ixracı 30,9% azalaraq 11 milyard 138 milyon ABŞ dollarına, idxalı isə 6,7% artaraq 7 milyard 300 milyon ABŞ dollarına yüksəlib.
Nəticədə xarici ticarətdə 3 milyard 837 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 58,6% az olub.
Bizi sosial şəbəkələrdən izləyin!!