Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 51 mlrd. dolları ötüb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 51 mlrd. dolları ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 51 milyard 183 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,9% azdır. 

Son 1 ildə Azərbaycanın ixracı 11,1% azalaraq 33 milyard 898 milyon ABŞ dollarına enib, idxalı isə 18,9% artaraq 17 milyard 285 milyon ABŞ dollarına çatıb.

Nəticədə xarici ticarətdə 16 milyard 613 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 29,6% az olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram